İran ordusu raket təlimlərini davam etdirir

İran ordusu raket təlimlərini davam etdirir
# 04 fevral 2017 10:47 (UTC +04:00)

İran ordusu keçirdiyi hərbi təlimlərin əsas mərhələsinə başlayıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun hava hücumundan müdafiə sisteminin hərbi-kosmik qüvvələri təlimlər zamanı raket atəşləri yerinə yetirəcək.


“Vətən sərhədlərinin müdafiəçiləri” adlı təlimlər Səmnan vilayətində keçirilir. Təlimlər zamanı radar sistemləri və müxtəlif mənzilli raketlər, idarəetmə və nəzarət mərkəzlərinin hərəkətləri sınaqdan keçiriləcək. 35 min kvadrat km sahəni əhatə edən təlimə 5 günlük hazırlıq mərhələsindən sonra start verilib.

Qeyd edək ki, İran ordusu yanvarın 29-da Səmnan şəhərinin yaxınlığında orta mənzilli raketin sınağını uğurla həyata keçirib. Bu isə başda ABŞ olmaqla, Qərb ölkələrin narazılığına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR