Tramp BMT-nin baş katibi ilə görüşüb

Tramp BMT-nin baş katibi ilə görüşüb
# 21 oktyabr 2017 03:42 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp BMT-nin baş katibi Antoniu Quterriş ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

Məlumata əsasən, söhbət zamanı Şimali Koreya, Suriya, İraq və Myanmardakı vəziyyət müzakirə olunub. ABŞ prezidenti həmçinin BMT-də islahatlarla bağlı məsələyə toxunub.

“Prezident Tramp baş katibin BMT-nin səmərəliliyini artırılmasına yönələn səylərini dəstəkləyib”, məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR