Şəmkirdə kütləvi dava olub, iki nəfər bıçaqlanıb

Şəmkirdə kütləvi dava olub, iki nəfər bıçaqlanıb
# 16 avqust 2017 04:22 (UTC +04:00)

Şəmkirdə kütləvi dava olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunda fəaliyyət göstərən kafelərdən birində qeydə alınıb. Bir neçə nəfərin iştirakı ilə baş verən davada iki nəfər rayon sakini, 1986-cı il təvəllüdlü Toğrul Vəliyev və 1980-ci il təvəllüdlü İntiqam Rəhimov bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı hüquq mühafizə-orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR