"Buta Airways" aviaparkını yeniləyəcək, bəzi aeroportlarda yenidənqurma işləri aparılacaq

"Buta Airways" aviaparkını yeniləyəcək, bəzi aeroportlarda yenidənqurma işləri aparılacaq
# 25 oktyabr 2017 10:49 (UTC +04:00)

Növbəti illərdə mülki aviasiyanın inkişafı istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçiriləcək.

"APA-Economics" xəbər verir ki, bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb.

Sənəddə vurğulanıb ki, milli aviadaşıyıcının ("Azərbaycan Hava Yolları" QSC, AZAL) səmərəli fəaliyyətinin və gəlirliliyinin artımının təmin edilməsi məqsədilə yaradılmış aşağı büdcəli aviaşirkətin ("Buta Airways") uçuş coğrafiyasının genişləndirilməsi çərçivəsində MDB ölkələrin, Türkiyə və İrana reyslərin açılması nəzərdə tutulub. Mülki donanmanın maddi-texniki bazasının genişləndirilməsi üçün orta uçuş məsafədə istifadə olunan "Embraer" təyyarələri alınacaq, mövcud hava gəmilərinin, onların mühərriklərinin əsaslı təmiri və bərpası aparılacaq.

Həmçinin qeyd edilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində hava məkanından səmərəli istifadə, strategiya və inkişaf üzrə yeni aeronaviqasiya mərkəzinin tikintisi, Yevlax Hava Limanında radar sisteminin inşası, Zaqatala Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının uzadılması, perronun yenidən qurulması və Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının genişləndirilməsi layihələri həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR