Türkiyə DİN-in Akademiyasına kursant qəbulu elan edilib

Türkiyə DİN-in Akademiyasına kursant qəbulu elan edilib
# 16 iyul 2018 14:31 (UTC +04:00)

Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) Jandarma Baş Komandanlığının Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına kursant qəbulu elan edilib.

Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana, eləcə də müavinətlə təmin olunurlar.

Qeyd olunub ki, müsabiqədə iştirak etmək istəyənlər qəbul imtahanlarının nəticələri elan edildikdən sonra iyulun 27‑dək DİM-ə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m) müraciət etməlidirlər.

Əlavə məlumatlar almaq üçün 590-65-07 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR