Səfir: “ABŞ məcburi köçkünlərə yardım üçün səylərini heç vaxt əsirgəməyəcək”

Səfir: “ABŞ məcburi köçkünlərə yardım üçün səylərini heç vaxt əsirgəməyəcək”
# 03 oktyabr 2017 08:51 (UTC +04:00)

“ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olaraq demək istəyirəm ki, münaqişə tərəflərini bir araya gətirərək bu məsələnin sülh yolu ilə həlli üçün fəaliyyətimizi davam etdiririk”.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

R. Sekuta bildirib ki, məcburi köçkünlərin vəziyyətlərinin yaxşılaşdırılması və ehtiyaclarının qarşılanması qeyd edilən bu fəaliyyətin əsas istiqamətlərindən biri olacaq: “ABŞ səfirliyi Azərbaycan hökuməti ilə birlikdə məcburi köçkünlərə yardım üçün səylərini heç vaxt əsirgəməyəcək. İndiyə qədər ABŞ tərəfindən məcburi köçkünlər üçün nəzərdə tutulan layihələrə 115 milyon dollar sərf edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR