"Expressbank"ın kredit portfeli 26%-dən çox azaldıb

"Expressbank"ın kredit portfeli 26%-dən çox azaldıb
# 24 yanvar 2017 12:58 (UTC +04:00)

"Exspressbank" ASC-nin aktivlərinin həcmi 2017-ci il yanvarın 1-nə 286,822 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 10,8% azdır.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 26,4% azalaraq 194,293 mln. manat olub.

"Exspressbank"ın depozit portfeli hesabat dövrünün sonuna 8,5% artaraq 92,690 mln. manata çatıb. Cəmi öhdəliklərin həcmi isə 19,6% azalaraq 144,789 mln. manata bərabər olub.

Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 137,257 mln. manat təşkil edib. Bankın məcmu kapitalı hesabat dövründə isə 0,3% azalaraq 137,968 mln. manata enib.

Ötən il bankın əldə etdiyi mənfəət 439 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR