BSU daha iki xarici universitetlə əməkdaşlığa başlayıb

BSU daha iki xarici universitetlə əməkdaşlığa başlayıb
# 20 sentyabr 2017 10:24 (UTC +04:00)

Bakı Slavyan Universitetinin (BSU) elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov və universitetin Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, fil.ü.f.d., dosent Yaşar Alxasov Çerniqov Milli Texnologiya Universitetinin (ÇMTU) rəhbərliyinin dəvəti ilə bu şəhərdə işgüzar səfərdədir.

BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BSU nümayəndələrini Çerniqov Milli Texnologiya Universitetinin rektoru və elmi işlər üzrə prorektor qarşılayıb, proqram barədə qonaqlara ətraflı məlumat verilib.

Azərbaycan nümayəndələri səfərin ikinci günü “Art dvor” sosial layihəsinin təqdimatında iştirak edib və yerli mətbuata müsahibələr veriblər.

BSU nümayəndələri həmçinin Çerniqov Milli Texnologiya Universitetində Azərbaycan Mədəni-Tədris Mərkəzinin və ÇMTU nəzdində Bazar Günü Azərbaycan Məktəbinin açılışında iştirak ediblər. Həmin tədbirdən sonra Bakı Slavyan Universiteti ilə Çerniqov Milli Texnologiya Universiteti arasında əməkdaşlıq haqqında müqavilə və BSU ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti və Çerniqov Milli Texnologiya Universiteti arasında əməkdaşlıq barədə memorandum imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR