Sahibkarın külli miqdarda mallarını oğurlayan qardaşlara hökm oxunub

Sahibkarın külli miqdarda mallarını oğurlayan qardaşlara hökm oxunub
# 08 noyabr 2017 13:20 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda təqsirləndirilən bir ailənin üzvləri - Famil Şahsuvarov, Cəbrayıl Şahsuvarov və Əliyusif Şahsuvarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F. Şahsuvarov 8 il, Cəbrayıl Şahsuvarov 4 il, Ə. Şahsuvarov isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Ə. Şahsuvarovun cəzası şərti hesablanıb.

Təqsirləndirilən digər şəxslər barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. Onlar məhkəmə iclas zalında həbs olunublar.

Qeyd edək ki, hadisə bu il Abşeron rayonunda baş verib. Təqsirləndirilən şəxslər zərərçəkmiş sahibkar Elməddin Bayramovun 31 min manatlıq mallarını saxlanc yerindən oğurlayaraq, aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR