SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma məntəqələrində günəş enerjisindən istifadə olunacaq

SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma məntəqələrində günəş enerjisindən istifadə olunacaq
# 31 iyul 2018 16:00 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şitkətinin (SOCAR) Gürcüstandakı yanacaqdoldurma məntəqələrində (YDM) günəş enerjisindən istifadə olunacaq.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə “Socar Georgia Petroleum” şirkətinin direktoru Levan Giorqadze yerli “The Financial” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, şirkət YDM-lərin dam örtüyünə günəş panellərinin quraşdırılması imkanlarını təhlil edir: “Biz 5 il ərzində yanacaqdoldurma məntəqələrimizin elektrik enerjisinə olan tələbatının 20-30%-nin günəş enerjisi hesabına ödənilməsini nəzərdə tuturuq”.

L. Giorqadze həmçinin SOCAR-ın YDM-lərində elektrik avtomobillərin yüklənməsi üçün portların sayının artırdığını da qeyd edib: “Ümumilikdə 7 yanacaqdoldurma məntəqəmizdə elektrik avtomobillərin yüklənməsi üçün aparatlar quraşdırılıb. Bu, bizim müştərilərə bütün Gürcüstan üzrə, Telavidən Batumiyə qədər elektrik avtomobillə səyahət etmək imkanı verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR