Ağstafada maşın 47 yaşlı qadını vurub

Ağstafada maşın 47 yaşlı qadını vurub
# 15 yanvar 2017 17:52 (UTC +04:00)

Ağstafada yolu keçmək istəyən qadını avtomobil vurub.

APA-nın qərb bürosunun veridyi məlumata görə, hadisə rayonun Köhnəqışlaq kəndində qeydə alınıb.

Kənd sakini, 1970-ci il təvəllüdlü Xanım Zeynalova yolu keçən zaman “UAZ” markalı avtomobillə vurulub. Qadın müxtəlif bədən xəsarətləri ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR