Biləcəridə yolu keçən kişini maşın vuraraq öldürüb

Biləcəridə yolu keçən kişini maşın vuraraq öldürüb
# 01 fevral 2018 09:30 (UTC +04:00)

Bakıda yolu keçən kişini maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 31-də saat 20 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində Bakı şəhər sakini İbrahim Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR