Şəmkirdə ev yanıb

Şəmkirdə ev yanıb
# 27 fevral 2019 19:45 (UTC +04:00)

Şəmkirdə yanğın hadisəsi baş verib.

ONA-nın qərb bürosunun xəbərinə görə, hadisə rayon Dağ Cəyir kəndində qeydə alınıb.

Kənd sakini İslam İbrahimova məxsus ümumi sahəsi 90 kv. m olan bir mərtəbəli, iki otaqlı ev əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə FHN-in Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddət ərzində söndürülüb, yaxınlıqda olan evlərə və yarımtikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı ev sahibləri evdə olmadığından, yanğının baş verməsindən gec xəbər tutublar. Faktla bağlı araşdırma aparılır.

Fuad Hüseynov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR