Goranboy sakini atdan yıxılıb, vəziyyəti orta-ağırdır

Goranboy sakini atdan yıxılıb, vəziyyəti orta-ağırdır
# 27 may 2018 16:26 (UTC +04:00)

Goranboy sakini atdan yıxılaraq ağır xəsarət alıb.

APA-nın Qərb bürosunun məlumatına görə, rayonun Qazanbulaq qəsəbə sakini 1962-ci il təvəllüdlü Hümbətov Mətləb Salman oğlu Göygöl rayonunda atdan yıxılaraq ağır bədən xəsarəti alıb.

M. Hümbətov dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR