“Gəncəbank”ın əmanətçilərindən ərizə qəbulu gələn həftə başa çatır

“Gəncəbank”ın əmanətçilərindən ərizə qəbulu gələn həftə başa çatır
# 31 yanvar 2017 09:48 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə müraciət edib.

APA-Economics”in məlumatına görə, müraciətdə bildirilib ki, fevralın 4-də "Gəncəbank"ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə görə ərizələrin qəbulu başa çatacaq. “Bununla əlaqədar olaraq kompensasiyaların alınması üçün müraciət etməyən qorunan əmanətçilərdən 04 fevral 2017-ci il tarixə kimi kompensasiyaların geri alınması üçün Fonda müraciət etməkləri xahiş olunur”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq, 30 iyul 2007-ci il tarixdə 25 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Gəncəbank" ASC 25 yanvar 2016-cı il tarixində Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış, ona verilmiş şəhadətnamə ləğv edilmiş və 28 yanvar 2016-cı il tarixdə bankda sığorta hadisəsi baş verib.

Xatırladaq ki, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3.-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

“Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.4.-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR