Şəkidə 53 yaşlı qadın intihar edib

Şəkidə 53 yaşlı qadın intihar edib
# 24 avqust 2017 06:55 (UTC +04:00)

Şəkidə 53 yaşlı qadın intihar edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, avqustun 23-də saat 21:30 radələrində Şəki şəhəri, Sərdarov küçəsi ev 22 ünvanında yaşayan, 1964-cü il təvəllüdlü Mehriban Əlibala qızı Sadıqovanın meyiti yaşadığı ünvanda dəmir borudan asılı vəziyyətdə aşkarlanıb. M. Sadıqovanın hansı səbəbdən intihar etməsi məlum deyil.


Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR