Rada Donbas haqqında qanun layihəsinə baxılmasını təxirə salıb

Rada Donbas haqqında qanun layihəsinə baxılmasını təxirə salıb
# 17 yanvar 2018 01:25 (UTC +04:00)

Ukrayna Ali Radası “Donbasın reinteqrasiyası haqqında” qanun layihəsinin müzakirəsini növbəti plenar iclasadək təxirə salıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna parlamentinin saytında bildirilir.

“Ümumilikdə, 673 düzəlişdən 482-sinə baxılıb. Düzəlişlərin baxılması növbəti plenar iclasda davam etdiriləcək”, - deyə məlumatda bildirilir.

Növbəti plenar iclas yanvarın 17-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR