Əhliman Əmiraslanov: “Kök hüceyrələrinin təbabətdə tətbiqi ilə bağlı uğurlarımız barədə öyünə bilmərik”

Əhliman Əmiraslanov: “Kök hüceyrələrinin təbabətdə tətbiqi ilə bağlı uğurlarımız barədə öyünə bilmərik”
# 24 noyabr 2017 07:28 (UTC +04:00)

“Türkiyədə bir neçə ildir kök hüceyrələrinin təbabətə tətbiqi ilə bağlı çox ciddi tədqiqatlar aparılıb. Türkiyədə onlarla kök hüceyrə mərkəzi fəaliyyət göstərir. Biz onlarla əməkdaşlıq edirik. Lakin biz bu sahədə uğurlarımız barədə öyünə, ağızdolusu danışa bilmərik”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Akademikin sözlərinə görə, təbabətin elə bir sahəsi yoxdur ki, kök hüceyrələrindən istifadə edilməsin: “Kök hüceyrələrindən qaraciyərin, ağciyərin, ürəyin patologiyasında, onkoloji, qan xəstəliklərində geniş istifadə edilir”.

Ə. Əmiraslanov qeyd edib ki, bu sahədə Tibb Universiteti və Səhiyyə Nazirliyi ilə birlikdə elmi - tədqiqat proqramı hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR