Goranboyda idarəetmədən çıxan avtomobil yol kənarına aşıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, rayonun Səfikürd kəndi yaxınlığında baş verib.
Minik maşınının sürücüsü qarşısına çıxan qəfil maneədən yayınmaq istəyərkən idarəetməni itirib, avtomobil yol kənarına aşıb.
Hadisə nəticəsində 1983-cü il təvəllüdlü Bərdə rayon sakini Qasımov Tural Bayram oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.