Qubada istirahət mərkəzində yanğın olub

Qubada istirahət mərkəzində yanğın olub
# 31 yanvar 2018 18:22 (UTC +04:00)

Qubada yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonu, Qələdüz kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 80 m2 olan taxta kotec yanıb.

Yaxınlıqdakı koteclər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR