Dövlət rüsumunu mənimsəməkdə təqsirləndirilən bank xəzinədarının məhkəməsi başlayıb

Dövlət rüsumunu mənimsəməkdə təqsirləndirilən bank xəzinədarının məhkəməsi başlayıb
# 27 sentyabr 2017 08:49 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Nərimanov filialının xəzinədarı vəzifəsində işləyən, külli miqdarda mənimsəmədə təqsirləndirilən Eynal Səfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı oktyabrın 4-nə təyin edilib.

İttihama görə, Səfərov Eynal Ramiz oğlu öz qulluq mövqeyindən istifadə edərək, ona etibar edilmiş külli miqdarda özgə əmlakını vahid qəsdlə mənimsəməklə talayıb.

Belə ki, o, 01 avqust 2013-cü il tarixdən 15 may 2017-ci il tarixədək Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Nərimanov filialının ASAN 1 şöbəsinin aparıcı mütəxəssisi (xəzinədar-əməliyyatçı) vəzifəsində işləyərkən, vəzifə təlimatına əsasən, fiziki şəxslərin müxtəlif təyinatlı ödəmələri üzrə, eləcə də nağd vəsaitlərin qəbul edilməsi üzrə əməliyyatlar aparmaq səlahiyyəti ilə dövlət rüsumları və xidmət haqlarının tərəfindən qəbul edilməsini tərtib edən kassa mədaxil qəbzlərini tərtib edərək, onları öz imzası və bankın ştampı ilə təsdiq edib iki nüsxəsini fiziki şəxslərə verərək qəbul etdiyi pul vəsaitini müxtəlif üsullarla mənimsəyib.

O, müştəri tərəfindən Dövlət Miqrasiya Xidmətinə və bank əməliyyatları üçün ödənilən pulun bir halda tam hissəsini, digər halda isə müəyyən hissəsini özünə götürüb.

Bununla E. Səfərov dövlətə ümumilikdə 20 min manata yaxın ziyan vurub və pulu şəxsi ehtiyaclarına xərcləyib.

E. Səfərov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR