Şəmkirdə yük və minik avtomobilləri toqquşub, xəsarət alan var

Şəmkirdə yük və minik avtomobilləri toqquşub, xəsarət alan var
# 23 avqust 2017 11:11 (UTC +04:00)

Şəmkirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Yenikənd kəndinə gedən yolda “KamAZ” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”da olan bir nəfər xəsarət alaraq, Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.


Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR