Səfir: "Kəşmir bizim üçün Qarabağdır"

Səfir: "Kəşmir bizim üçün Qarabağdır"
# 05 fevral 2018 08:43 (UTC +04:00)

"Kəşmir bizim üçün Dağlıq Qarabağdır".

APA-nın məlumatına görə, bu sözləri Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib. O, iki münaqişə arasında fərq görmədiyini bildirib.

Qeyd edək ki, bu gün Pakistan səfirliyində Kəşmir Həmrəylik Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə münaqişə haqqında film nümayiş olunub. Səfir münaqişə barədə ölkə prezidenti və baş nazirinin müraciətini oxuyub.

Tədbirdə Pakistandan Azərbaycana gələn turistlərin sayının artmaqda davam etdiyi də bildirilib. Belə ki, 2 il əvvəl Pakistandan Azərbaycana 3 min, ötən il 17 min turist gəib. Bu il rəqəmin 25-30 minə yüksələcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR