Kolumbiyada prezident seçkilərində qalib müəyyənləşməyib

Kolumbiyada prezident seçkilərində qalib müəyyənləşməyib
# 28 may 2018 00:38 (UTC +04:00)

Kolumbiyada keçirilmiş prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Milli Seçki Şurasının məlumatında deyilir.

Bülletelərin 94%-nin hesabanmasından sonra namizədliyi “Demokratik Mərkəz” partiyası tərəfindən irəli sürülən sağçı İvan Duke 39%, onun əsas rəqibi – solçular koalisiyanın rəhbəri Qustavo Petro 25% səs toplayıb.

Qeyd edək ki, Kolumbiyada prezident seçkilərində 6 namizəd iştirak edib. Seçkilərin ikinci tur iyunun 17-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR