Ötən il qaçqın statusu üçün müraciətlərin sayı 7 faiz artıb

Ötən il qaçqın statusu üçün müraciətlərin sayı 7 faiz artıb
# 15 yanvar 2020 10:44 (UTC +04:00)

"Ötən il qaçqın statusu üçün müraciətlərdə 7 faiz artım qeydə alınıb".

APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətində (DMX) ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında DMX rəisi Vüsal Hüseynov bildirib.

Xidmət rəisi qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 11 faiz, ölkədə müvəqqəti yaşayanların sayında 10 faiz, iş icazəsi alanların sayında 8 faiz artım müşahidə olunub. V. Hüseynov həmçinin əlavə edib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayında 23 faiz azalma var.

Xidmət rəisi qeyd edib ki, 2019-cu ildə 404 əcnəbi qaçqın statusu almaq üçün mraciət edib: "Bu da 2018-ci illə müqayisədə 7 faiz artım deməkdir. Ölkədə qaçqın statusu əsasında yaşayan 83 nəfərdən 43-ü İran, 30-u Əfqanıstan, 5-i Liviya, 3-ü Pakistan, 2-si Cənubi Afrika Respublikasının vətəndaşlarıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR