Gəncədə 72 yaşlı kişi döyülərək xəsarət alıb

Gəncədə 72 yaşlı kişi döyülərək xəsarət alıb
# 18 sentyabr 2017 20:48 (UTC +04:00)

Gəncədə döyülmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun məlumatına görə, şəhər sakini 1945-cı il təvəllüdlü Talıb Məmmədov bud nahiyəsinin sınığı xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. T.Məmmədov avtobus dayanacağında mübahisə zəminində tanımadığı şəxs tərəfindən döyüldüyünü deyib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR