Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib - <span style="color: red;">NƏTİCƏLƏR
# 04 aprel 2018 02:50 (UTC +04:00)

Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Gecənin ən diqqətçəkən görüşündə ötənilki finalçılar “Yuventus” və “Real” üz-üzə gəlib. Turinlilərin heyətində cəzalı Medhi Benatia və Miralem Pyaniçin buraxdığı görüş qonaqların üstünlüyü şəraitində keçib. Kriştianu Ronaldonun dublu və Marselonun 1 qolu "kral klubu"na səfərdə böyükhesablı qələbə qazandırıb. Bununla "Real" cütün taleyini, demək olar ki, ilk matçda həll edib.

1/8 finalda “Beşiktaş”ı mübarizədən kənarlaşdıran “Bavariya” İspaniyada “Sevilya” ilə qarşılaşıb. İndiyədək avrokuboklarda üz-üzə gəlməyən komandaların ilk duelində Almaniya təmsilçisi favorit idi. Son 5 İspaniya səfərindən əliboş dönən “pivəçilər” bu dəfə tilsimi qırıblar. Meydan sahiblərinin hesabı açdığı qarşılaşmada rəqib qapısından 2 top keçirən "Bavariya" səfər qələbəsinə sevinib.

Çempionlar Liqası

1/4 final (ilk oyunlar)

3 aprel

“Yuventus” – “Real” - 0:3

Qol: Ronaldo, 3, 64; Marselo, 72

Qırmızı vərəqə: Paulo Dibala, 66

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Turin, “Yuventus” stadionu

“Sevilya” - “Bavariya” - 1:2

Qollar: Sarabria, 32 - Xesus Navas, 37 (avtoqol); Tiaqo, 68

Baş hakim: Daniele Orsata (İtaliya)

Sevilya, “Ramon Sançes Pisxuan” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR