Şimali Koreya Yapon dənizinə bir neçə raket buraxıb - YENİLƏNİB

Şimali Koreya Yapon dənizinə bir neçə raket buraxıb - <span style="color: red;">YENİLƏNİB
# 26 avqust 2017 01:48 (UTC +04:00)

Şimali Koreya Yapon dənizinə bir neçə raket buraxıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya müdafiə nazirliyindən bildirilib.

Bundan əvvəl bir raketin buraxıldığı bildirilirdi. Yerli vaxtla saat 06:49-da həyata keçirilən sınaqların nəticələri barədə məlumat verilmir. Yaxın məsafəli Raketlər Kanvondo əyalətindən buraxılıb.

***

02:57

Şimali Koreya hərbçiləri Yapon dənizinə raket buraxıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın Müdafiə nazirliyindən bildiriblər.

Tipi məlum olmayan raket Şimali Koreyanın Kanvondo əyalətindəki kosmodromdan buraxılıb. Raket 250 km qət edib. Pxenyanın ballistik raketin sınaqdan keçirdiyi ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR