Abşeronda 4 polis əməkdaşı tüstüdən zəhərlənib

Abşeronda 4 polis əməkdaşı tüstüdən zəhərlənib
# 21 fevral 2019 11:47 (UTC +04:00)

Abşeronda yanğın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, fevralın 20-də gecə saat 3 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış sahəsi, 8 saylı binanın 1-ci mərtəbəsində yerləşən elektrik şitində yanğın baş verib. Dərhal polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları hadisə yerinə gəlib. Sakinlərin yanğından xilas edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlər görülüb.

Polis və yanğın təhlükəsizliyi xidməti əməkdaşlarının çevik müdaxiləsi və yaxından köməkliyi ilə sakinlər təxliyə olunub, onların təhlükəsizliyi təmin edilib.

Yanğın söndürülüb, xəsarət alan olmayıb.

Bina sakinlərinin təxliyəsi zamanı Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları, polis serjantları İlkin Kərimov, Elməddin Alıyev, Bəhruz Heydərli və Kamil Həsənov tüstüdən zəhərləndikləri üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib, burada onlara ilkin tibbi yardım göstərilib.

Hazırda polis əməkdaşlarının vəziyyəti normaldır və xidmətlərini davam etdirirlər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR