Bu ilin aprelinədək Azərbaycanda startap şəhadətnamələrinin verilməsinə başlanacaq

Bu ilin aprelinədək Azərbaycanda startap şəhadətnamələrinin verilməsinə başlanacaq
# 23 yanvar 2020 16:10 (UTC +04:00)

"Yaxın iki ay ərzində Azərbaycanda innovativ startapları müvafiq vergi güzəştləri ilə təmin edəcək startap şəhadətnamələrinin verilməsinə başlanacaq".

Bunu "APA-Economics"ə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən hazırda bununla bağlı təkliflərə baxılır və hökumətin müvafiq rəyi verəcəyi gözlənilir ki, sənəd qüvvəyə minsin.

Qeyd edək ki, startap şəhadətnamələr KOBİA tərəfindən verəcək. Şəhadətnamələrin verilməsinə tələb olunan əsas meyarlar artıq açıqlanıb. Əsas meyarlar sırasına startapların yeni texnologiyalara əsaslanan istehsal sahəsinin mövcudluğu, mikro və kiçik sahibkar subyekti olması, həmçinin müəyyən reyestrdən keçməsi zəruridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR