Azərbaycan yığmasının sabiq futbolçusu Türkiyədə qəzaya düşüb

Azərbaycan yığmasının sabiq futbolçusu Türkiyədə qəzaya düşüb
# 18 sentyabr 2017 15:55 (UTC +04:00)

Azərbaycan millisinin sabiq futbolçusu Uğur Pamuk qəzaya düşüb. Apasport.az saytı xəbər verir ki, hadisə Türkiyədə baş verib.

Belə ki, “Manisaspor”un yay fasiləsində heyətinə cəlb etdiyi 28 yaşlı yarımmüdafiəçi dünən gecə avtomobil qəzasına uğrayıb. Nəticədə sabiq “Sumqayıt”lının çiyni sınıb.

Qeyd edək ki, Uğur Pamuk müxtəlif vaxtlarda ölkəmizdə “Xəzər Lənkəran” və “Sumqayıt” klublarında çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR