Lənkəranda canavarlar dörd iribuynuzlu heyvanı parçalayıb

Lənkəranda canavarlar dörd iribuynuzlu heyvanı parçalayıb
# 25 fevral 2019 23:24 (UTC +04:00)

Lənkəranda canavarlar mal-qaraya hücum edib.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, Ürgə kəndində son 10 gündə canavarlar tərəfindən analoji hücumlar nəticəsində 4 iribuynuzlu heyvan parçalanıb. Hadisənin şahidi və heyvanların sahibi, kənd sakini, 1996-cı il təvəllüdlü Savalan Rəhimovun sözlərinə görə son hadisə mal-qara dənizkənarı qamışlıq ərazidə olarkən baş verib. Ümumi olaraq hücuma məruz qalan heyvanlardan 3-ü ölüb, 1-i yaralanıb.

Zərərçəkənə 5800 manat maddi ziyan dəyib.

Qeyd edək ki, canavarların bu hadisəni yaşayış məntəqəsindən cəmi 2 km aralıda törətməsi kənd sakinlərini ciddi narahat edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR