İranda 5,0 bal gücündə zəlzələ baş verib

İranda 5,0 bal gücündə zəlzələ baş verib
# 19 mart 2018 20:47 (UTC +04:00)

İranın cənub bölgəsində 5,0 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yerli vaxtla saat 23:02-də qeydə alınan yeraltı təkanların episentri Behbahan şəhərindən 13 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR