Aeroport yolunda qəzada xəsarət alanın şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Aeroport yolunda qəzada xəsarət alanın şəxsiyyəti müəyyənləşib - <span style="color: red;">YENİLƏNİB
# 04 sentyabr 2017 23:12 (UTC +04:00)

Aeroport şosesində baş vermiş yol qəzası nəticəsində xəsarət alanın şəxsiyyəti müəyyənləşib.

3 saylı Şəhər Kliniki Xəstəxanasından APA-ya verilən məlumata görə, bu, 1991-ci il təvəllüdlü Tərlan Kazımovdur. O, “Kia” markalı avtomobilin sürücüsüdür. Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

***

00:52

Bakıda aeroport yolunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

“Mercedes” markalı avtomobilin yanacağı bitib. Sürücü maşını yolun hərəkətdə olan hissəsində saxlayaraq yanacaq almaq üçün yanacaqdoldurma məntəqəsinə yollanıb.

Bu vaxt arxadan gələn “KİA” markalı avtomobil yolda hərəkətsiz dayanan “Mercedes”ə çırpılıb, ardınca isə “London taksi”sinin sürücüsü idarəetməni itirərək maşını “KİA”-ya çırpıb.

Hadisə nəticəsində “KİA”da olan bir nəfər ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda hava limanı avtomagistralında sürət həddi 60 km/saata endirilib. Yolun 1-ci, 2-ci və 3-cü zolağında nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR