UFAZ-ın 40 tələbəsi Strasburqda yay məktəbində iştirak edib

UFAZ-ın 40 tələbəsi Strasburqda yay məktəbində iştirak edib
# 16 iyul 2018 11:52 (UTC +04:00)

Azərbaycan-Fransız Universitetinin (UFAZ) 40 tələbəsi 2 həftə ərzində Strasburqda Yay məktəbində iştirak ediblər.

UFAZ-ın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 30-dan başlanan Yay məktəbində tələbələr intensiv fransız dili dərsləri keçib, Strasburq Universitetinin bir neçə elmi laboratoriyalarında olublar. Fransaya səfər zamanı mədəni proqram çərçivəsində tələbələr Avropa Şurası və Avropa Parlamentində olaraq adı çəkilən qurumların fəaliyyəti ilə tanış olublar.

Yay məktəbində iştirak edən tələbələrlə yanaşı Strasburqa həmçinin UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov və UFAZ-ın bir neçə müəllimi də səfər edib. Yay məktəbinin ikinci həftəsində tələbələr Strasburq Universitetinin prezidenti Michel Deneken və universitetinin digər nümayəndələri ilə görüşüblər.

Strasburqa səfər çərçivəsində V.Əsgərov Strasburq Universitinin prezidenti Michel Deneken, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru İrinie Jacoberger, vitse-prezident Philippe Turek, kimya fakültəsinin direktoru Jean-Marc Planeix, eləcə də UFAZ-ın Unistra üzrə koordinatoru Eckhart Hotzel və UFAZ-ın elm üzrə eksperti Pierre Collet ilə görüşlər keçirib, UFAZ-ın gələcək prespektivləri və digər məsələlərlə bağlı müzakirələr aparıb.

Qeyd edək ki, UFAZ-ın 40 tələbəsinin Strasburqda Yay məktəbində iştirakı ənənəvi xarakter daşıyır. 2017/2018-ci tədris ilində I və II kursu ən yaxşı qiymətlərlə başa vurmuş 40 tələbə Strasburqda olduqları müddət ərzində fransız dili, təhsil aldıqları ixtisaslar üzrə biliklərini, o cümlədən laboratoriya məşğələləri ilə bağlı biliklərini zənginləşdirməklə yanaşı onlar üçün təşkil olunmuş mədəni proqram çərçivəsində həmçinin istirahət edərək Azərbaycana qayıdıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR