Məleykə Abbaszadə Ağdaşda vətəndaşları qəbul edib

Məleykə Abbaszadə Ağdaşda vətəndaşları qəbul edib
# 18 avqust 2017 14:39 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Ağdaş rayonunda vətəndaşları qəbul edib. DİM-dən APA-ya verilən xəbərə görə, qəbulda Ağdaş rayonunun sakinləri ilə yanaşı Mingəçevir, Naftalan, Yevlax və Goranboy rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Görüşdə əsasən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün aparılan elektron ixtisas seçimi, ixtisas seçimi zaman diqqət yetirilməli olan məsələlər, dövlət qulluğuna qəbul və s. işlərlə əlaqədar DİM Direktorlar
Şurasının sədrinə müraciət edilib. DİM-in səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR