Zərdabda binaların təmirinə 3 milyon manat ayrılıb

Zərdabda binaların təmirinə 3 milyon manat ayrılıb
# 05 dekabr 2016 15:03 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Zərdab Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR