Sankt-Peterburqda Azərbaycan vətəndaşı hündürlükdən yıxılaraq ölüb

Sankt-Peterburqda Azərbaycan vətəndaşı hündürlükdən yıxılaraq ölüb
# 02 fevral 2017 11:34 (UTC +04:00)

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı hündürlükdən yıxılaraq ölüb.

APA-nın “nevnov.ru” saytına istinadən verdiyi məlumata görə, bədbəxt hadisə Sankt-Peterburqun Kurortnaya rayonunda baş verib.

Uşaq bağçaların birinin damında təmir işləri aparan 28 yaşlı azərbaycanlı 6 metr hündürlükdən yıxılıb. Sankt-Peterburqda müvəqqəti qeydiyyatda olan azərbaycanlı təmir şirkətlərin birində briqadir işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR