Bakıda itkin düşən 5 yaşlı uşaq tapılıb

Bakıda itkin düşən 5 yaşlı uşaq tapılıb
# 27 fevral 2019 10:54 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin (DİN) “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 26-da 5 yaşlı oğlunun itkin düşdüyünü bildirib.

DİN Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış və əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Uşaq həmin gün saat 13 radələrində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR