Azərbaycan hərbi dənizçiləri İrana səfər zamanı müxtəlif görüşlər keçirib

Azərbaycan hərbi dənizçiləri İrana səfər zamanı müxtəlif görüşlər keçirib
# 07 oktyabr 2017 15:54 (UTC +04:00)

Azərbaycan hərbi dənizçilərinin İrana səfəri çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti müxtəlif görüşlərdə və tədbirlərdə iştirak edib.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, təsdiqlənmiş plana uyğun olaraq, hərbi dənizçilərimiz Ənzəli şəhərində yerləşən Şəhidlər Memorial Kompleksini ziyarət ediblər.

Sonra hərbi dənizçilərimiz Ənzəli şəhərinin meri Mirşəm Momenizadənin qonağı olublar. Şəhər rəhbəri Azərbaycan dənizçilərini İranda görməkdən məmnun olduğunu bildirib. O, Azərbaycan-İran hərbi əməkdaşlığının möhkəmləndirilməsində Ənzəli şəhərinin mühüm rol oynayacağına şübhə etmədiyini vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Sübhan Bəkirov isə ilk dəfə olaraq hərbi dənizçilərimizin İran limanına yan almasının tarixdə mühüm hadisə olduğunu vurğulayaraq, xoş münasibətə və göstərdikləri diqqətə görə minnətdarlığını bildirib.

Sonra Azərbaycan dənizçiləri Ənzəli Hərbi Muzey Sarayını ziyarət ediblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR