"Caspian Plaza"da tüstülənmə olub - YENİLƏNİB

"Caspian Plaza"da tüstülənmə olub - <span style="color: red;">YENİLƏNİB
# 31 iyul 2018 11:09 (UTC +04:00)


"Caspian Plaza"da tüstülənmə olub.

Bu barədə APA-ya biznes mərkəzindən bildirilib. Qeyd olunub ki, biznes mərkəzinin 7 və 8-ci mərtəbələrində elektrik şitində qısa qapanma olub. Nəticədə tüstülənmə baş verib. Mərkəzin elektrikləri dərhal müdaxilə edərək tüstülənmənin yanğına keçməsinin qarşısını alıblar.

Təhlükəsizlik baxımından binada olan şəxslər təxliyə edilib. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri hadisə yerinə gələrək vəziyyətin kontrol altında olduğunu müəyyənləşdirib və lazımı məsləhətlərini verərək ərazini tərk ediblər.

***

11.46

Bakıda biznes mərkəzində yanğın olub.

APA-nın xəbərinə görə, "Caspian Plaza" biznes mərkəzinin 8-ci mərtəbəsində yerləşən elektrik şitində yanğınla müşahidə edilən tüstülənmə olub. Hadisə yerində Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Həyata keçirilən tədbirlərlə yanğının qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR