Nazir: "Yay mövsümündə cənub zonasına turist axını gözləyirik"

Nazir: "Yay mövsümündə cənub zonasına turist axını gözləyirik"
# 05 aprel 2018 09:11 (UTC +04:00)

"Azərbaycanın şimal-qərb, İpək yolu üzərində turizmin inkişafını sürətləndirməyi nəzərdə tuturuq".

"APA-Economics" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.

Nazirin sözlərinə görə, Qazax, Şəmkir, Gədəbəy zonasında turizm sahəsində inkişafı müşahidə edirik.

"Bu zonaya gələnlərin sayı çoxalıb. Lənkəran, cənub zonasına yay mövsümündə turist axını gözləyirik. Sözsüz ki, ənənəvi olaraq Quba, Xaçmaz, Nabran bölgəsi də işləyəcək. Bu il qış mövsümündə Aran zonasına quş, balıq ovu məqsədilə turist axını artıb. Bu, hər rayonda yeni otelin inşasına təkan verir. İndi elə bir rayon yoxdur ki, orada normal xidmət göstərən otel olmasın", - deyə Ə.Qarayev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR