Xarkovda “Sxidniy Korpus”, “Azov” və “Donbas” arasında azərbaycanlılara məxsus ticarət obyektlərində ölümlə nəticələnən silahlı atışma olub

Xarkovda “Sxidniy Korpus”, “Azov” və “Donbas” arasında azərbaycanlılara məxsus ticarət obyektlərində ölümlə nəticələnən silahlı atışma olub
# 04 mart 2017 10:15 (UTC +04:00)

Ukraynanın Xarkov şəhərinin “Qələbə” prospektində - azərbaycanlıların ticarətlə məşğul olduğu, bir müddət əvvəl azərbaycanlı iş adamlarının silahlı basqına məruz qaldığı ərazidə “Sxidniy Korpus” və “Donbas”, Azov” dəstələri arasında silahlı atışma olub, ölən, tələfat alan və yaralananlar var. Həmin ərazidə silahlı basqına məruz qalan azərbaycanlı iş adamlarından Vidadi İsmayılov APA-ya bildirib ki, baş verən silahlı atışma nəticəsində hər üç tərəfdən xeyli insan ölüb, ö cümlədən silahlılar da daxil ətrafdakı insanlardan, yaxınlıqdakı uşaq bağçasından, o cümlədən yaxınlıqdakı insanlardan yaralananlar da olub.

Yaralananlar arasında ətrafdakı azərbaycanlılardan da olsa da, onların kimliyini müəyyən etmək olmayıb, ərazidən qaçıblar. İş adamlarına ciddi maddi ziyan dəyməyib. İş adamı bildirib ki, bir neçə saat davam edən atışmaya hüquq mühafizə orqanlarından heç kim müdaxilə etməyib: “Biz ancaq özümüz öz canımızı qoruya bildik”. İki ay əvvəl həmin silahlı dəstələrin xeyli maddi zərəri ilə, o cümlədən azərbaycanlıların yaralanması ilə nəticələnən silahlı basqınına məruz qalan azərbaycanlı iş adamlarından V. İsmayılov onu da bildirib ki, həmin hadisə ilə bağlı polis nəinki araşdırma aparıb, əksinə onlara bir daha müraciət etməmək üçün xəbərdarlıq edib: “Baxmayaraq ki, biz qanuni yolla haqqımızı tələb edirik. Amma görünən odur ki, burada qanun işləmir”.

Qeyd edək ki, ötən ilin dekabrında Xarkov şəhər “Qələbə” prospektində “Azov” dəstəsinə məxsus silahlılar orada yolka dükanlarına sahib azərbaycanlı iş adamları Vidadi İsmayılov, Vüqar Kərimoğlu və digərlər azərbaycanlılara məxsus obyektlərə silahlı hücum edərək onları yaralayıb, bütün əmlaklarını götürüb aparmışdılar. Onlara isə Xarkovdan birdəfəlik getmələri ilə bağlı xəbərdarlıq etmişdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR