Almaniyada naməlum şəxs avtobusda sərnişinlərə hücum edib, 14 nəfər xəsarət alıb

Almaniyada naməlum şəxs avtobusda sərnişinlərə hücum edib, 14 nəfər xəsarət alıb
# 20 iyul 2018 16:28 (UTC +04:00)

Almaniyada naməlum şəxs avtobusda sərnişinlərə bıçaqla hücum edib.

APA-nın "Lubecker Nachrichten" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə Lyubek şəhəri yaxınlığında baş verib.

Nəticədə 14 nəfər xəsarət alıb.

Avtobus sürücüsü sərnişinlərin qaça bilməsi üçün qapıları açdığına görə silahlı şəxsin hücumuna məruz qalıb. Polis hücum edən şəxsi saxlayıb. Nəşrin yazdığına görə, saxlanılan şəxs əslən İrandandır. Onun təxminən 35 yaşı var.

Xəsarət alanların ikisinin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR