"Unibank": Problemli kreditlərin məhkəmə yolu ilə qaytarılmasında qeyri-adi heç nə yoxdur

"Unibank": Problemli kreditlərin məhkəmə yolu ilə qaytarılmasında qeyri-adi heç nə yoxdur
# 14 fevral 2017 08:54 (UTC +04:00)

"Unibank" problemli kreditlərin qaytarılması üzərində işləyir və bu cür problemlə üzləşən müştərilərlə təmasdadır". "APA-Economics" xəbər verir ki, bunu "Unibank" ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib.

"Hazırda sektorda vəziyyət analojidir. Kimsə desə ki, bizim bankın portfelində problemli kreditlərin çəkisi çox azdır və ya yoxdur, bilin ki, bu xəbərlər həqiqəti əks etdirmir. Biz asan olmayan bir dövrdəyik. Dediklərim yalnız bank sektoruna deyil, bütün sektorlara şamil olunur. Təbii ki, bizim problemli kreditlərimiz var və biz bu problemi qanunvericilik çərçivəsində, məhkəmələrə müraciət edərək həll edirik. Burada qeyri-adi vəziyyət yoxdur", - deyə bankir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR