"Anglo Asian Mining" qızıl satışından 19,4 mln. dollar əldə edib

"Anglo Asian Mining" qızıl satışından 19,4 mln. dollar əldə edib
# 25 iyul 2017 10:01 (UTC +04:00)

"Anglo Asian Mining" cari ilin ilk yarısında "Gədəbəy" yatağından 23,218 min unsiya qızıl hasil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 31,4% azdır.


"APA-Economics" şirkətin saytında yer alan hesabata istinadən xəbər verir ki, ilin ilk rübündə şirkət adıçəkilən yataqdan 11,078 min unsiya, ikinci rübdə isə 12,140 min unsiya qızıl hasil edib.


Bununla yanaşı, şirkət yataqdan 85,087 min unsiya gümüş, 1,322 min ton mis, 6,431 min ton konsentrat hasil edə bilib.


Hesabat dövründə "Anglo Asian Mining" ümumi çəkisi 15,689 min unsiya qızıl külçə satıb ki, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 43,6% azdır. Külçələrin 1 unsiyasının qiyməti 1,238 min dollar təşkil edib. Beləliklə, şirkət qızıl külçələrin satışından 19,423 mln. dollar qazanıb.


Bundan başqa, şirkət yanvar-iyun ayları ərzində dəyəri 10,528 mln. dollar olan 5,396 min ton mis konsentratı satıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR