ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
# 29 noyabr 2017 17:08 (UTC +04:00)

ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Tvitter” səhifəsində yazıb.

“Bu dəqiqələrdə Çin sədri i Cinpin ilə Şimali Koreyanın təxribatçı hərəkətlərini müzakirə etdim. Şimali Koreyaya qarşı əlavə sanksiyalar bu gün tətbiq ediləcək”, D.Tramp yazıb.

Bu gün Şimali Koreya növbəti dəfə ballistik raket sınağı keçirib. Yeni “Xvason” tipli raket 950 km məsafəni qət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR