Bakıda mikroavtobusun aşması nəticəsində xəsarət alanların adları açıqlanıb

Bakıda mikroavtobusun aşması nəticəsində xəsarət alanların adları açıqlanıb
# 09 avqust 2017 10:00 (UTC +04:00)

Bakıda ötən gün mikroavtobusun aşması nəticəsində xəsarət alanların adları açıqlanıb.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Həsən Ağalıyevin idarə etdiyi mikroavtobus Ramil Bağırovun idarə etdiyi “Saipa” markalı minik avtomobili ilə toqquşandan sonra aşıb. Nəticədə mikroavtobusun sürücüsü və sərnişinləri – Yaqut Ağalıyeva, Mahizər Ağalıyeva, 2001-ci il təvəllüdlü Zaur İbrahimov, 2003-cü il təvəllüdlü Rəvan Əliyev, 2006-cı il təvəllüdlü Ofelya Ağalıyeva və 2000-ci il təvəllüdlü Jalə Ağalıyeva xəsarətlə həkimə müraciət ediblər. Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qeyd edək ki, məlum hadisə ötən gün Ramana-Maştağa yolunda qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR