Siyəzəndə iki yük avtomobili toqquşub

Siyəzəndə iki yük avtomobili toqquşub
# 30 yanvar 2017 06:12 (UTC +04:00)

Bu gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu ərazisində "RENO TIR” markalı yük avtomobili ilə "FORD" markalı yük avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, "RENO TIR” yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıblar. Onlar aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 03:04-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR