Bank Of Baku

Baş Prokurorluq: 6 ay ərzində qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkib - VİDEO

Baş prokurorluq

© APA | Baş prokurorluq

# 12 avqust 2021 11:43 (UTC +04:00)

Baş Prokurorluq qadınlara qarşı zorakılıq halları ilə bağlı video müraciət edib. 

Baş prokurorluğun Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, video müraciətdə bildirilib ki, qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır.
Təəssüflər olsun ki, təkcə 2021-ci ilin I yarımili ərzində baş vermiş qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkib.
Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır! 
Susaraq cinayətə ortaq olma! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun "961" Çağrı Mərkəzinə müraciət et!
#qadınzorakılığınasusma

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR